iqtisadşı-ekspert, Milli Məclisin keçmiş üzvü Nazim Məmmədov daha bir strukturun ləğvini təkli edib.
N. Məmmədov Belediyye.infoya açıqlamasında bildirib ki, əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yerlərdə olan strukturları birlikdə ləğv olunmalı, səlahiyyətləri-mülkiyyət hüququnun qeydə alınması, reestrin aparılması ədliyyə Nazirliyinə, özəlləşdirmə və dövlət əmlakının idarəedilməsi kimi səlahiyyətləri isə iqtisadiyyat Nazirliyinə verilməsi məqsədəuyğundur. Bu qurumların nəzdində olan təsərrüfat hesablı MMC-lərdə ləğv olunmalı, onların funksiyaları özəl sektora tender əsasında verilməlidir.
Bu gün dövlət orqanı faktiki biznes fəaliyyəti ilə məşğul olurlar, büdcədənkənar fondlara o vəsaitləri toplayaraq sonradan müxtəlif maliyyə mexanizmləri vasitəsi ilə "silirlər".
Nəticədə həm dövlət büdcəsi itirir, həm də vətəndaş.
Eks millət vəkilinin fikrincə, Tarif şurasının dövlət orqanlarının pullu xidmətləri ilə bağlı təşəbbüsləri bazar iqtisadiyyatı tələblərinə ziddir.
Ümumilikdə pullu xidmətlərin göstərilməsi dövlət orqanları tərəfindən aparılırsa onun maya dəyəri dəqiq hesablanmalıdır. Maya dəyərindən artıq tarif müəyyənləşdirmək dövlətin vətəndaşın və ya təşkilatların "cibinə girmək" anlamına gəlir.
Xatırladaq ki, bundan əvvəl N.Məmmədov Dövlət Gömrük Komitəsinin ləğvini təklif etmişdi.
Belediyye.info