Belediyye.infoya daxil olan məlumata görə, Zaqatala bələdiyyəsi bu günlərdə “MilliÖN” və “EasyPAY” sisteminə qoşulub.
Məqsəd vergi ödəyicilərinin rahatlığını təmin etməklə, yerli büdcə daxilolmalarının həcmini artırmaqdır.
Hazırda “Easypay” və “MilliÖN” stasionar ödəniş sisteminə Bakının Nəsimi, Nizami, Səbail (Səbail və Badamdar), Binəqədi (Binəqədi rayon, Biləcəri, Binəqədi qəsəbə), Qaradağ (Lökbatan, ələt, Körgoz, Qobustan, Müşfiqabad, Sahil,) Yevlax, Gəncə (Nizami və Kəpəz) bələdiyyələri, E-manat sisteminə isə Nəsimi bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə daha on bələdiyyə-Bakıxanov, Sabunçu, Yasamal, Xırdalan, Zabrat, Ramanı, Nizami, Pirşağ, Balaxanı və Bilgəh bələdiyyəsi qoşulub.
Beləliklə, 17 bələdiyyə “Easypay” və MilliÖN”-ə, 11 bələdiyyə isə E-manat sisteminə qoşulub.
Belediyye.info