sorğu
Ağdam Rayon icra Hakimiyyətinin başçısı Vaqif Həsənovun müvafiq əmriylə icra Aparatının Bənövşələr kəndi üzrə nümayəndəliyinin rəhbəri Cahid Muxtarov tutduğu vəzifədən azad edilib. Hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, Cahid Muxtarov Ağdam RiH başçısının keçmiş birinci müavini Zahid Muxtarovun qardaşdır.
Digər bir məmur Binəqədi RiH-də azad edilib. Binəqədi RiH başçısı Elxan Allahverdiyevin əmriylə Binəqədi iH-nin Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi ibad ibrahimov tutduğu vəzifədən azad edilib. Onun vəzifəsinin icrası müvəqqəti olaraq Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühəndisi Osman Qasımova həvalə edilib.
Belediyye.info