Belediyye.infoya daxil olan məlumata görə, Xəzər rayonu Mərdəkan bələdiyyəsi və Binəqədi rayon M.ə.Rəsulzadə və Xocasən bələdiyyələri bu günlərdə “MilliÖN” stasionar ödəniş sisteminə qoşulub.
Məqsəd vergi ödəyicilərinin rahatlığını təmin etməklə, yerli büdcə daxilolmalarının həcmini artırmaqdır.
Hazırda “Easypay” və “MilliÖN” stasionar ödəniş sisteminə Bakının Nəsimi, Nizami, Səbail (Səbail və Badamdar), Binəqədi (Binəqədi rayon, Biləcəri, Binəqədi qəsəbə), Qaradağ (Lökbatan, ələt, Körgoz, Qobustan, Müşfiqabad, Sahil,) Yevlax, Gəncə (Nizami və Kəpəz) bələdiyyələri, E-manat sisteminə isə Nəsimi bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə daha on bələdiyyə-Bakıxanov, Sabunçu, Yasamal, Xırdalan, Zabrat, Ramanı, Nizami, Pirşağı, Balaxanı və Bilgəh bələdiyyəsi qoşulub.
Beləliklə, 20 bələdiyyə “Easypay” və MilliÖN”-ə, 11 bələdiyyə isə E-manat sisteminə qoşulub.
Belediyye.info