sorğu
Niyə dönmüsən adam? Nədir gözlərindəki peşmanlıq? Bəlkə sən həmin sənsən, amma bağışla, mən həmin mən deyiləm.
Çox sag ol ki, getmişdin, istəmirdim gedişini, amma getməyi seçmişdin. Sən gedənə qədər çırpınaraq yol yoldaşlığı etdim ömrünə unutmam.
Bəs indi niyə dönmüsən? Axı mən yaralarımı yenicə sarmışam, ömrümün yarı savab, yarı günahları ilə. Açma qaysaqlamış yaramı...
Nədir bu baxış? Niyə əvvəlki tək titrətmir məni? Həyəcan yox, sevinc yox, kədər yox...
Sənin bir vaxtlar yox olduğun kimi, yox olublar, adam. Durma qapıda. Sadəcə ürəyim ağrıyır aramızda qalan yetim sevgiyə.
"Darıxmısan?", "Sevirsən" -deyə də soruşma. Ölülər darıxmır adam...
Səbinə Abdullayeva
Xətai Bələdiyysininü üzvü