"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti bələdiyyələrə məlumatı pulsuz vermir- CiDDi

--2016-02-24 / 16:38

“Bələdiyyələrin fəaliyyətinin təbliği”  ictimai birliyinin yerli orqanların qarşılaşdığı problemləri və onların həlli yolları  istiqmətində apardığı araşdırmalara görə,  yerlərdə bələdiyyələrin Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən  narazılıqları yaranıb.  

Bu barədə  məlumat  ictimai birlikdən daxil olub. Birlikdən verilən məlumatda   qeyd edilir ki,  01 yanvar 2015-ci ildən etibarən  fizki şəxslərdən əmlak vergisnin toplanılması prezident sərəncamıyla yeni metodika üzrə aparılır. əgər əvvəllər mənzilin inventar dəyərindən  hesablanırdısa, bu gün artıq mənzillərin kvadratına   görə,  əmlak vergisi hesablanır.  Bü gün bələdiyyələr ərazilərində olan əmlakın  siyahısını, və ölçüsünü müəyyən etməkdə çətinliklə üzləşiblər.

əksər hallarda bir tərəfdən əmlakın kimə məxsus olmasını, digər tərəfdən  həcminin müəyyən edilməsi  mümkün olmur. ictimai birlikdən bildiriblər ki,  bu işdə   əsas dəstəyi Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti verməlidir. Belə ki,  əsas məlumatlar məhz bu strukturda cəmləşib.

Bələdiyyələrdən  verilən məlumatlarda isə qeyd edilir ki, adıçəkilən sturktur bəzən bu məsələnin kommersiya sirri olduğunu, bəzən isə bunun üçün bələdiyyə tərəfdən xidmət haqqının ödənilməsini tələb edir.

Məsələyə aydınlıq gətirən  əmlak Məsələləri üzrə  Dövlət Komitəsinin  ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov  Belediyye.infoya açıqlamasında bildirib ki, istənilən halda  məlumatın  verilməsi bütün şəxslər üçün ödənişlidir.

Bu tarifləri Tarif şurası müəyyən edir. Rəsmi olaraq hər bir məlumatın dəqiqləşdirilməsi üçün 10 manat rüsum ödənilməlidir. Bir manat isə Daşınmaz əmlakın Dövlət Reyestri  Xidmətinin müyyən etdiyi qiymətdir.

Adıçəkilən sturktur təsərrüfat hesablı olduğundan proses bu cür  təşkil edilib.  

Belediyye.info

ŞƏRHLƏR