sorğu
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, ötən il ərzində Daşkəsən bələdiyyələrinin büdcə gəlirləri 143.600 manata bərabər olub. 2015-ci illə müqayisədə iki dəfə artıq deməkdir. Bu respublikada ən yüksək rəqəm deməkdir.
Daşkəsən bələdiyyələrinin əsas büdcə gəlirləri bələdiyyə əmlakının özəlləşdirilməsindən 46.800 manat və icarəyə verilməsindən 49.400 manat maliyyə vəsaiti daxil olub.
əmlak vergisindən 1.300 manat, torpaq vergisindən 1.500 manat, digər gəlirlərdən 2.400 manat maliyyə vəsaiti daxil olub.
Qeyd edək ki, 2016-cı ildə Daşkəsən bələdiyyələrinə 42.200 manat dotasiya ayrılmışdır.
Belediyye.info