Daşkəsən rayonunda formalaşan 19 bələdiyyə 2017-ci il ərzində 123.100 manat maliyyə vəsaiti toplaya bilib. Bu ötən ildəki rəqəmdən cəmi 85.7 faizi deməkdir. Yəni 2016 cı illə müqayisədə ötən il bələdiyyələrin büdcə gəlirləri 15 faizədək azalıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, büdcə gəlirlərində torpaq vergisinin həcmi 3.5 faiz (3500 manat), əmlak vergisinin həcmi 0.2 (300 manat) olub.
19 bələdiyyə il ərzində mehmanaxana kurort- sanatoriya ödənişi, mədən vergisini,açıq məknada reklam yerləşdiriliməsindən və avtodayanacaqla bağlı nəzərdə tutulan rüsumu toplaya bilməyiblər.
il ərzində 19 bələdiyyəyə ayrılan dotasiyanın həcmi isə 42.200 manat (34.2 faiz) təşkil edib.
Bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən daxil olan vəsaitin həcmi 117.900 (yəni 44.8.%), icarəyə verilməsindən isə 42.500 manat (17.1%) maliyyə vəsaiti daxil olub.
Rayonda torpaq satışının həcmi 2016-cı illə müqayisədə 17 faiz artıb.
Digər maraqlı bir məqam ondadır ki, Daşkəsən bələdiyyələri yığıdıqları maliyyə vəsaitinin 95.5 faizini yerli orqanların saxlanmasına xərcləyiblər.
Beeldiyye.info