"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Daşkəsən bələdiyyələri qazandıqlarının 82 faizini özlərinə xərcləyiblər

--2019-07-03 / 13:08

 Daşkəsən rayonunda formalaşan 19 bələdiyyənin əldə etdikləri maliyyə vəsaitinin həcmi 135.600 manat olub. Bu da 2017-ci illə müqayisədə büdcə gəlirlərində 10.2 faiz artım var. əldə edilən vəsaitin isə 61.2 faizi bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən və icarəsindən daxil olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Belə ki, bələdiyyələr ötən il ərzində 100 manatlıq əmlak vergisi, 10.300 manatlıq torpaq vergisi toplaya biliblər.

il ərzində mədən vergisindən, dayanacaqlardan, mehmanxanalardan bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Maraqlıdr ki, Ağstafa bələdiyyələri il ərzində torpaq vergisini həcmini 239.5 faiz artırıa biliblər.

Qeyd edək ki, il ərzində 42.200 manat dövlət tərəfindən dotasiya ayrııb.

2017-ci ildə bələdiyyələrin əldə etdikləri vəsaitin həcmi 123.100 manat olmuşdu.

Maraqlı məqam ondadır ki, Daşkəsən bələdiyyələri əldə etdikləri qazancın 82.8 faizini, yəni 116 min manatını yerli özünidarə orqanlarının saxlanmasına xərcləyiblər. Xatırladaq ki, 2017-ci ildə bu rəqəm 95 faziə bərabər olmuşdu.

Belediyye.info  

 

ŞƏRHLƏR