sorğu
Daşkəsən sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Zinzahal kənd bələdiyyəsinin sədri, kənd sakini, 1980-ci il təvəllüdlü Fizuli Quliyev meşədə ağac kəsən zaman ehtiyatsızlıq nəticəsində ağacın altında qalıb.
Ağır bədən xəsarətləri alan F. Quliyev xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.