Bakıda avtobus dayanacaqlarında kütləvi şəkildə yapışdırılan elanlar ən müasir tələblərə cavab verən dayanacaqların görkəmini, deyərdim ki, pis günə salır. Paytaxtın mərkəzində bu mənzərəyə az rast gəlinsədə, bir qədər kənarda, xüsusəndə mikrorayonlardakı dayacanaqlarda bir yerdə ən azı 3-5 elan oxumaq olar.
Bəs bu cür yöndəmsiz, paytaxtımıza yaraşmayan görüntüylə necə mübarizə aparmalı?
Sözsüz ki, Bakı Nəqliyyat Agentliyi (BNA) təkbaşına mübarizə aparması da mümkün deyil. Çünki bunun üçün gərək hər dayanacağa bir nəfər nəzarətçu qoyula, bu da ki, alınan məsələ deyil.
Baxmayaraq ki, bunun üçün BNA ciddi mübarizə aparır və bir çox yerlərdə xəbərdaredici elanlarda yapışdırılıb.
Fikrimizcə, ən sadə yol dayanacaqlar ərazisində və ya əhalinin gur olduğu yerlərdə reklam lövhələri quraşdırılması daha məqsədəuyğun ola bilər. Özü də bu xidmət pullu olmalı, ancaq qiymətlər simvolik xarater daşımalıdır.
Belə olarsa dayanacaqlarda kı yöndəmsiz elanların vurulmasının da qarşısı alınar.
Ancaq bir məqamı da əlavə edim ki, bu mənzərəyə şahidlik edən hər birimiz bu prosesə öz sözümü desək məncə daha yaxşı olar. Bu da ümumi mənzərəyə müsbət təsir etmiş olacaqdır.
Üstəlik yeni fəaliyyətə başlayan Azərbaycan Dövlət Reklam Agentliyidə (ADRA) öz sözünü deməlidir. Nəzərə alınmalıdır, bu məqamda əsas məsuliyyət məhz ADRA-nın üzərinə düşür.
Odur ki, hər iki qurum əl ələ verib belə yöndəmsiz mənzərənin yaranmaması üçün addım atmalıdır. şəhərimizə gələn hər bir turistin sözsüz ki bu mənzərəyə şahid olması heç də yaxşı hal deyildir.
Vüqar Tofiqli
Belediyye.info