şəmkir rayonu Dəllər bələdiyyəsi növbəti il üçün büdcəsini təsdiq edib. Bu barədə məlumatı bələdiyyə sədri R.əhmədov bildirib.
Sədrin sözlərinə əsas gəlirləri əmlak vergisindən yığımağı nəzərdə tuturuq.
Belə ki, fiziki şəxslərdən əmlak vergisi 8.790 manat, fiziki şəxslərdən torpaq vergisi 1.300 manat, bələdiyyə əmlakının özlələşdirilməsindən gəlirlər 2.000 manat, bələdiyyə əmlakının icarəyə verilməsindən gəlirlər 1000 manat, dövlət büdcəsindən verilən dotasiya 2.460 manat olacağı planlaşdırılır.
Bələdiyyənin ümumi büdcə gəliri 15.550 manat nəzərdə tutulub.
Növbəti il üçün xərclərin həcminin də bir o qədər olması planlaşdırılıb.
Xərclərdə əsas istiqmətlər üzrə qəbristanlığın saxlanılmasına 1.200 manat, məişət tullantılarının yığılması, nəql edilməsi və zərərsizləşdirilməsi 3.000 manat, yerli əhəmiyyətli yolların saxlanılmasına 600 manat, yerli sosial müdafiə tədbirlərinə 3.000 manat maliyyə vəsaiti ayrılacaqdır.
Belediyye.info