Belediyye.infoda verilən “Adsız parkın baxımsız vəziyyəti ”http://belediyye.info/new/details/--5287.htm sərlöhvləli yazısında qaldırılan məsələlərin həlliylə bağlı Bakı şəhər icra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Depatarmentinin sədri Rafael Mehrəliyev adıçəkilən ərazidə olub və parkın vəziyyətiylə yerində tanış olub.
Bununla bağlı məlumatı Bakı şəhər Fəvvarələrin istismarı idarəsinin rəisi Qəhrəman Məmmədov verib.
idarə rəisinin sözlərinə görə, görüşdə Nəsimi MKTB-nin rəisi Elman Yəhyayev, Yaşıllaşdırma idarəsinn və MKiS- nin əməkdaşları iştirak ediblər.
Parkın vəziyyətiylə bağlı R.Mehrəliyev öz tapşırıq və tövsiyələrini verib.
Gün ərzində parkda təmizlik işləri aparılmış və səliqə-səhman yaradılmışdır.
Qərara alınmışdır ki, parkdakı vəziyyət diqqət mərkəzində saxlanılsın və digər çatışmazlıqlarda aradan qaldırılsın.
P.S. Mövzunu diqqətdə saxlayacağıq və bununla bağlı yaxın günlərdə bütün tərəflərdən aldığımız məktublar əsasında hazırlanan təhlil sayta yerləşdiriləcəkdir.
Belediyye.info
|
|
|
|
|
|