"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Dəyərli insan Məcnun əliyevə ürək sözüm

--2020-01-27 / 05:24

Hər birimizin müəyyən mənsəb sahibi olmağımızda, çəki və nüfuza sahiblənməyimizdə ailə və məktəblə yanaşı, xeyrxah insanların da xüsusi rolu danılmazdır. Mental xarakterimizə uyğun olaraq bizə dəstək göstərildiyindən, bizdə öz növbəmizdə real vəziyyətə uyğun tanıdğımız və bəzən də yaxından tanımadığımız insanlara bu dəstəyi göstəririk.

Sözsüz ki, normal insan ona edilən pisliklərdən fərqli olaraq xeyrxahlıqları heç vaxt unutmamalıdır. şəxsən məndə mənə edilən yaxşılğı, göstərilən dəstəyi heç vaxt unutmur, daim təqdir edir və hər hansı formada dəstək göstərməklə edilən yaxşılığı dilimə gətirib danışmağı özümə fəxr hesab edirəm.

Haqqında danışdığım insan isə mənim bələdiyyə sahəsiylə maraqlanmağıma ilk istiqamət və dəstək verən insanlardandır. Bu gün isə məhz onun günüdür. O insanın ki, Azərbaycan bələdiyyə sisteminin formalaşmasında xüsusi xidmətləri vardır. iki çağırış bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş, yeddi il ərzində M.ə.Rəsulzadə bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır. Uzun illər çalışdığı rəhbər vəzifələrdə əldə etdiyi təcrübəni məhz bələdiyyə sədri kimi paylaşması, yenilikləri tətbiq etməsi, vergi xidmətinin tətbiqiylə bağlı ilklərə imza atması bu gün tək mənim yox bələdiyyə ilə bağlı olan hər kəsin yaxşı yadındadır. Bu şəxs Məcnun əliyevdir, mənim üçün ən əziz və dəyərli insanlardan biri.

Həyatın ən çətin sınaqlarından üzü ağ çıxmaqla, hər çətinliyinə sinə gəlmiş Məcnun əliyev haqqında saatlarla danışmaq olar və yorulmazsan, çünki ortada bir səmimiyyət var.

Hazırda qardaş Türkiyədə sahibkarlıq fəaliyyətiylə məşğul olsa da ürəyi daim vətəniylə çırpınır. Harada olmasından asılı olmayaraq, bələdiyyə sədri olduğu illərdə çalışdığı kimi bütün yenilikləri, təşəbbüsləri, kreativ ideyaları məhz Azərbaycana gətirməyə maraqlıdır və bunu öz ölkəsində də tətbiq etməyə çalışır.

Bu gün Məcnun əliyev üçün həm də yubileydir.

Belə əziz bir gündə Məcnun əliyevə ilk növbədə can sağlığı arzu edirəm, inanıram ki, ölkəmizin inkişafında, tərəqqisində bundan sonrada öz töhvəsini verəcək və sözünü deyəcəkdir.

əZiZ DOST ÜRəKDəN TəBRiK EDiRəM!

Hörmətlə Vüqar Tofiqli

ŞƏRHLƏR