Binəqədi rayon Biləcəri bələdiyyəsi sakinlərə müraciət edib. Müraciətdə deyilir:
“əziz sakinlərimiz və dəyərli səhifə izləyicilərimiz! Evdən çıxarkən xahiş edirik diqqətli olun elektrik xətlərini və qaz sobalarını nəzarətsiz qoymayın. Özünüzün və yaxınlarınızın həyatını təhlükəyə atmayın!
Məişətdə qaz cihazı və sobalarından geniş istifadə edilir. Buna görə də yanğın, partlayış və qazdan zəhərlənmə kimi hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına əməl edin:
- qeyri-standart qaz cihazından istifadə etməyin;
- qaz cihazını daim saz vəziyyətdə saxlayın;
- qaz cihazının təhlükəsizlik hissə və elementlərini çıxarmayın;
- qaz cihazının təmiri və yoxlanılmasını, tüstü bacasının təmizlənməsini yalnız mütəxəssisə həvalə edin;
- işlək qaz cihazını nəzarətsiz qoymayın. Onun üstündəki çaydan və qazanda suyun səviyyəsini elə saxlayın ki, qaynayanda daşıb tökülməsin. Bu, alovun sönməsinə və qaz sızmasına səbəb ola bilər;
Hər zaman ehtiyyatlı olun!”
Belediyye.info