"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Dmanisi Bələdiyyə Məclisinə sədr və sədr müavini seçilib

--2017-11-22 / 11:39

Dmanisidə rayon bələdiyyə məclisinin 6-cı çağırışının ilk iclası kçirilib. GAXA-nın Kvemo Kartli bölgə müxbirinin məlumatına görə, ilk iclası 24 nömrəli seçki komissiyasının sədri Lonqinoz Quliaşvili açıb və məclis üzvlərinə uğurlar və səmərəli işlər arzulayıb.

Tədbirdə bələdiyyə sədr vəzifəsinə öncə Niyaz Məcidovun namizədliyi irəli sürülüb. Sonra isə səsvermə zamanı bələdiyyə üzvü Merab Okruaşvili bələdiyyə məclisinə sədr seçilib.

Tədbirdə gizli səsvermə zamanı sədr müavini vəzifəsinə azərbaycanlı gənc Hüseyn ismayılov seçilib. Sonra komissiya sədrlərinin seçkisi keçirilib.

Qeyd edək ki, Dmanisi Bələdiyyə Məclisinin ilk iclasında 31 deputat iştirak edib.

https://www.gaxa.ge

ŞƏRHLƏR