"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Dörd bələdiyyə E- manat sisteminə qoşulub

--2016-02-01 / 13:51

Bakı bələdiyyələrindən Belediyye.infoya daxil olan məlumata görə, Bakının dörd bələdiyyəsi E-manat sisteminə qoşulub. ilk olaraq bu sistemə Nəsimi bələdiyyəsin sonra isə  Yasamal, Nizami və Bakıxanov   bələdiyyəsi qoşulub. Hər ay davamlı olaraq bu sistemin  tətbiqindən bələdiyyələrlə 5-7 min manat ətrafında maliyyə vəsaiti daxil olur. Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov Belediyye.infoya açıqlamasında bildirib ki, yaxın günlərdə vergi ödəyicilərinin rahatlığını nəzərə alaraq sistemdə bələdiyyə vergiləri ön səhifəyə keçiriləcəkdir. Bununla da vergi ödəyicilərimizə rahatlığı təmin olunacaq.

Qeyd edək ki,bələdiyyələrin yeni sistemə marağının az olması bir tərəfdən maliyyə çatışmazlığı, digər tərəfdən sistemin lazımi səviyyədə təbliğ olunmaması ilə bağlı olduğu deyilir.

Belediyye.info 

ŞƏRHLƏR