şirvan regional ədliyyə idarəsindən Belediyye.infoya daxil olan məlumata görə, Sabirabad rayon Muğan-Gəncəli və Moranlı bələdiyyə sədrləri, habelə Hacıqabul rayon Meyniman və Nəvai bələdiyyəsinin sədrləri qanuvericilik qaydasında protokolları vaxtında təqdim etmədiklərinə görə cərimə tətbiq edilib.
Qeyd edək ki, Moranlı bələdiyyəsinin sədri vəzifəsini Dədəkişi Dövlətov, Muğan-Gəncəli bələdiyyəsinin sədri vəzifəsini iradə Sətiyevə, Meyniman bələdiyyəsinin sədri Vəli ələkbərov və Nəvai bələdiyyəsinin sədri vəzifəsini Hüseyn ismayılov tutur.
Bununla bağlı prosesin bələdiyyələr tərəfindən təkrarlanmaması üçün şirvan regional ədliyyə idarəsi yurisdiksiyasina aid olan bələdiyyələrə tövsiyə məktubu göndərib.
idarə rəisi Nizami Hüseynovun imzasıyla bələdiyyələrə ünvanlanan tövsiyə məktubunda qeyd edilir.
“01 mart 2016-cı il tarixdən qanuni qüvvəsini almış Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 549.2-ci maddəsinə görə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslərin dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur.
Göründüyü kimi hazırki inzibati Xətalar Məcəlləsinə görə yuxarıda qeyd olunan maddələr üzrə inzibati xəta törətməyə görə nəzərdə tutulan cərimənin məbləği təxminən 20 dəfədən çox artırılmışdır.
Odur ki, bələdiyyələr onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırılmaların aparılmasına maneçilik törətməməli və inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərini qanunvericilikdə nəzərdə tutulmuş müddətdə təqdim etməlidir.
Nəzərinizə çatdırılır ki, qeyd olunan inzibati xətaların törədilməsinə görə təyin olunan cərimə cəzası vəzifəli şəxsin şəxsi vəsaiti hesabına ödənilir.
Qeyd olunanlara əsasən yuxarıda göstərilən normaların dispozisiyasında nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olan hərəkət və hərəkətsizliyə yol verməməyiniz tövsiyə olunur.”
Belediyye.info