sorğu
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün əliyeva və Agentliyin Beynəlxalq məsələlər üzrə nümayəndəsi Toğrul Məmmədli BMT-nin insan Hüquqları şurasının 52-ci sessiyasında iştirak etmək məqsədilə isveçrənin Cenevre şəhərinə səfər ediblər. Səfər çərçivəsində Agentliyin heyəti sessiyada iştirak edəcək, eyni zamanda BMT-nin Cenevrə ofisinin rəhbər şəxsləri ilə, BMT-nin inkişaf proqramı, BMT-nin ətraf mühit üzrə ofisi, BMT-nin Davamlı inkişaf üzrə laboratoriyası və digər təsisatlarla görüşlər keçirəcəklər.
#QhtAgentliyi #NgoAgency #BMT
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin Mətbuat xidməti
|
|
|