"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Dövlət Ekoloji Ekspertiza Agentliyində Xəzər rayon bələdiyyələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib

--2022-10-25 / 17:27
Dövlət Ekoloji Ekspertiza Agentliyində Xəzər rayon icra hakimiyyəti rəsmilərinin, bələdiyyə nümayəndələrinin, həmçinin media təmsilçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin yaşıllıqların monitorinqi, mühafizəsi və onların götürülməsi üçün mövcud prosedurların izahı, həmin qurumların bu sahədə üzərinə düşən öhdəliklərinin müzakirəsi olub.
Görüşdə yaşıllıqların götürülməsinə dair ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi, bələdiyyələr və icra hakimiyyəti orqanlarına yaşıllığın götürülməsi üçün verilmiş rəylərin icra vəziyyətinin müzakirəsi, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması, yaşıllıqların mülkiyyətçilərinin üzərinə düşən vəzifə və öhdəlikər müzakirə olunub.
Eyni zamanda, müraciətlərin operativ cavablandırılması və praktikada ortaya çıxan problemlər barədə fikir mübadiləsi aparılıb.
Dövlət Ekoloji Ekspertiza Agentliyi
ŞƏRHLƏR