"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətində görüş olub

--2021-09-07 / 15:54

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri, Belediyye.info internet resursunun təsisçisi Vüqar Tofiqlinin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətində görüş baş tutub.

Görüşdə tullantıların düzgün və qanunvericiliyə uyğun idarə olunması, bələdiyyələrin bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, işin daha səmərəli təşkili yollarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı və səmərəli əməkdaşlıq məsələləri müzakirə olunub. 

Dövlət Ekolji Təhlükəsizilk xidmətinin rəisi Hikmət əlizadə nazirliyin bələdiyyələrin ekoloji sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması məqsədiylə cari ilin iyun ayında bələdiyyə sədrlərinin iştiakıyla Bakıda və regionlarda geniş məzmunlu seminarların təşkilinin əhəmiyyətindən danışıb: “Nazirlik və müvafiq xidmət maarifləndirici seminarların təşkilinə maraqlıdır. Biz Dövlər Xidməti olaraq bələdiyyələrin qarşılaşdıqları hər hansı bir çətinliyin birgə müzakirə yolu ilə həllinə maraqlıyıq.”

Görüşdə Belediyye.info internet resursunun təsisçisi Vüqar Tofqli bələdiyyələrin fəaliyyətinin daim diqqətdə saxlayan, bu qurumların qarşılaşdıqları problemlərin həllinə maraqlı olan Ekologiya və Təbii Sərvətlər nazirliyinin bu sahədəki fəaliyyətini müsbət dəyərləndirib. Nazirlik tərəfindən hər bir müraciətə dərhal reaksiya verilməsi və həlliylə bağlı ciddi addımların atılması ölkəmizdə vətəndaş məmnunluğunun təmin edilməsində mühüm əhəmiyyəti vardır.

Görüşdə aidiyyəti qurumların, yerli özünüidarəetmə orqanlarının və ictimaiyyətin bu istiqamətdə birgə fəaliyyətinin, habelə əhali arasında maarifləndirmə tədbirlərinin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə Dövlət Ekoloji Təhlükəsizilk xidmətinin rəis müavini Bəhruz Məhəmmədov iştirak edib.

Belediyye.info 

ŞƏRHLƏR