"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Dövlət proqramında bələdiyyələrlə bağlı hansı məqamlar öz əksini tapıb?

--2018-12-19 / 18:06

Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün DÖVLəT PROQRAMI

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli Sərəncamında bələdiyyələrlə bağlı məqamlar öz əksini tapıb.

Dövlət proqramının sonuncu bölıməsində qeyd edilir:

-  Yerli özünüidarəetmə orqanlarının potensialının gücləndirilməsi, bələdiyyə idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması

6.8.1.

Yerli özünüidarəetmə orqanlarının kadr potensialının gücləndirilməsi, bələdiyyə idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması məqsədilə yerli özünüidarəetmə orqanlarının aparatlarında çalışan işçilərin ədliyyə Akademiyasında kurslara, treninqlərə və təlimlərə cəlb edilməsi---- 2019–2023 ----   ədliyyə Nazirliyi

6.8.2.

Yerli özünüidarəetmə sahəsində bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici ölkələrin yerli özünüidarəetmə orqanları ilə beynəlxalq təcrübə mübadiləsinin təşkil edilməsi   --- ədliyyə Nazirliyi --- 2020–2023

ŞƏRHLƏR