Bu günlərdə Bakı Apellyasiya Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Hüquqi şəxslərlə iş üzrə Departamentinin Sabunçu rayon Bakıxanov Bələdiyyəsinə qarşı şikayətinə baxılıb.
Bələdiyyə sədri Ramiz Nəsibovun Belediyye.infoya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib. Sədrin sözlərinə ğörə, hazırda bələdiyyənin DSMF-yə və digər qurumlara hər hansı borcu yoxdur.
DSMF bundan əvvəl bələdiyyənin 10 min manat həcmində borcu olduğunu iddia etsə də, məhkəmə bu iddianı təmin etməyib.
Xatırladaq ki, Bakıxanov bələdiyyəsi DSMF tərəfindən təyin edilən borcun ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı inzibati iqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib.
Həmin qərarla razılaşmayan departament isə apellyasiya şikayəti verib.
əlavə edək ki, hazırda bələdiyyələrin DSMF-yə olan borcunun həcmi üç milyon manata yaxındır. Və bu rəqəmin 30 % -dək hissəsi peniyadan daxil olan vəsaitlər təşkil edir.
Bu günlərdə “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyi bələdiyyələrin DSMF-yə olan borcunun silinməsiylə bağlı Azərbaycan Prezidentinə müraciət ünvanlayıb.
Belediyye.info