sorğu
Nəsimi bələdiyyəsindən Belediyye.info saytına daxil olan məlumata görə, E-manat sisteminin tətbiqindən sonra bələdiyyə büdcəsinə iyirmi gün ərzində beş min manat vəsait daxil olub. Ay ərzində isə daha iki min manata yaxın vəsaitin daxil olacağı gözlənilir.
Xatırladaq ki, sentybarın birindən etibarən Nəsimi bələdiyyəsi onlayn ödəmə sisteminin tətbiqinə başlayıb. Həm bələdiyyənin internet resursundan ( http://nesimibelediyyesi.com), həmdə E- manat sistemindən yerli vergiləri ödəmək mümkündür.
Belediyye.info