Bu gün Abşeron rayonu Mehdiabad bələdiyyəsinin sədri, dəyərli insan əblüfət Nuriyevin ad günüdür.
Bu münasibətlə dəyərli insanı, fəal bələdiyyə sədri olan əbülfət Nuriyevi təbrik edir və bələdiyyə sisteminin inkişafına daha böyük töhvələr verməyi arzu edirik.
Dəyərli insanın bioqrafiyasına qısa ekskurs edək:
*****
Nuriyev əbülfət Cəfər oğlu 16 dekabr 1956-cı ildə Qərbi Azərbaycanın Kafan rayon Kurud kəndində anadan olub.
1968-ci ildə ailə üzvləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonu şurut kəndinə köçüb.
1973-cü ildə Culfa rayon Xanağa kənd orta məktəbini bitirib.
1974-cü ildə D.Bünyazadə adına Azərbaycan Xalq Təsərrüfatı institutuna daxil olub və 1981-ci ildə institutun əmtəəşünaslıq fakultəsini bitirib.
1975-1977-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olub.
2002-ci ildə Saratov Dövlət Hüquq Akademiyasının Hüquqşünaslıq fakultəsini bitirib. 1973-cü ildən müxtəlif idarə müəssisələrdə direktor, baş mühasib, əmtəəşünas, mağaza müdiri və sair vəzifələrdə çalışıb.
2009-cu il bələdiyyə seçkilərində iştirak edib və 26 yanvar 2010-cu ildən bu günə kimi Mehdiabad bələdiyyəsi sədr vəzifəsində çalışır.
Ailəlidir, 3 övlad atasıdır.