Göyçay Regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Göyçay, Ucar, Ağdaş, Ağsu və Kürdəmir rayonlarının bələdiyyələrinin üzv və qulluqçuları ilə 26.04.2018-ci il tarixdə Göyçay şəhərində bələdiyyələrin maarifləndirilməsi məqsədilə ədliyyə Nazirliyinin ədliyyə Akademiyasının Vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakultəsinin baş məsləhətçisi Qalib Məmmədovun, ədliyyə Akademiyasının Cinayət prosesi kiriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi Mətanət əsgərovanın, ədliyyə Akademiyasının ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi Səyyad Məcidovun, ədliyyə Akademiyasının Bələdiyyə, dövlət və qeyri-dövlət qurumları üçün hazırlıq fakültəsinin baş məsləhətçisi Samir Nuriyevin və Göyçay regional ədliyyə idarəsinin rəis vəzifəsini icra edən Temur Mustafayevin iştirakı ilə kurs təşkil edilmişdir. Bu barədə məlumatı Göyçay Regional ədliyyə idarəsi yayıb.
Keçirilmiş tədbirdə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları, Bələdiyyə və bələdiyyə müəssisələrində arxiv işinin təşkili (Milli Arxiv idarəsinin 12 iyun 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanalrında, idarə, təşkilat və müəssisələrində arxiv işinin təşkilinə dair Təlimat), “Bələdiyyələrin fəaliyyətində şəffavlığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması” və “Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri”, mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və kurs iştirakçılarının sualları cavablandırılmışdır .
Belediyye.info