sorğu
ədliyyə orqanlarında 22 noyabr - peşə bayramı günü münasibətilə tədbirlər təşkil edilib.
ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZəRTAC-a bildiriblər ki, bu münasibətlə ədliyyə orqanlarında çalışan idman həvəskarlarının təşəbbüsü ilə veloyürüş keçirilib. Nazirliyin mərkəzi aparatı və Penitensiar xidmət əməkdaşlarından ibarət velosupedçilər dəstəsinin iştirak etdiyi yürüş Dövlət Bayraq Meydanından start götürüb və Heydər əliyev Mərkəzinin qarşısında başa çatıb. Velosiped idmanı Federasiyasının çoxsaylı üzvləri də yarışda iştirak ediblər.