Bu gün ədliyyə naziri Fikrət Məmmədov Prezident lham əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Cəlilabad rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Cəlilabad rayonu Heydər əliyev Mərkəzində (ünvan: Cəlilabad şəhəri, Heydər əliyev prospekti, 242) keçiriləcək qəbulda Cəlilabad, Salyan və Neftçala rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Bu barədə nazirliyin rəsmi internet resursunun yaydığı məlumatda qeyd edilir ki, eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.
Bu məqsədlə ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Belediyye.info