"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ədliyyə naziri şirvan şəhərində vətəndaşları qəbul edəcək

--2016-05-17 / 23:56

Azərbaycan Prezidenti ilham əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən mayın 20-də şirvan şəhərində vətəndaşların qəbulu keçiriləcək.

ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZəRTAC-a bildiriblər ki, qəbulda şirvan şəhərində, habelə Hacıqabul və Saatlı rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da şirvan regional ədliyyə şöbəsində (ünvan: şirvan şəhəri, F.Eynullayev küçəsi, bina 17) keçiriləcək.

Vətəndaşlar qəbula şirvan regional ədliyyə şöbəsi (əlaqə telefonu: (02121) 5-67-27, (050) 567-98-24), habelə ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

http://azertag.az/xeber/Adliyye_naziri_Sirvan_seherinde_vetendaslari_qebul_edecek-952377

ŞƏRHLƏR