"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ədliyyə Nazirliyi bələdiyyələrə tövsiyə məktub göndərib

--2017-01-27 / 06:02

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi ölkə bələdiyyələrinə  “Torpaq sahələrinin özbaşına tutulmasının qarşısının alınması barədə” tövsiyə məktubu göndərib.

Xatırlaqdaq ki, bu cari ildə bələdiyyələrə torpaqla bağlı göndərilən ikinci məktubdur. Bundan əvvəl göndərilən tövsiyyə məktubu “Yaşayış  məntəqəsinin torpaqlarından istifadənin hüquqi əsasları” ilə bağlı idi.

Rəis müavini Fazil Məmmədovun imzaıyla göndərilən məktubda qeyd edilir:

 

“Bələdiyyə torpaqlarının qanunsuz tutularaq istifadə edilməsi hallarının qarşısının alınması üçün bələdiyyələrin qarşısında dəfələrlə məsələ qaldırılsa da, bu problem öz həllini tapmamışdır. Bir çox bələdiyyələr tərəfindən zəbt olunmuş torpaqların boşaldılması üçün tədbirlər görülmür və bu sahədə əhali arasında izahat işi zəif aparılır. Bir sıra hallarda isə bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən  bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin zəbt edilərək üzərində qanunsuz tikililərin inşa edilməsinə şərait yaradılır.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.1-ci və 16.2-ci maddələrinə uyğun olaraq qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır (Bu qaydadan istisnaya yalnız "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 16.3-cü və 16.4-cü maddələrində nəzərdə tutulmuş hallarda yol verilir).

Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Həmin Məcəllənin 112-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Bələdiyyə torpaqlarının özbaşına tutularaq istifadə olunması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Torpaq zəbti hallarının qarşısının alınması üçün bələdiyyələr qanunsuz istifadə edilən torpaq sahələrinin geri qaytarılması üçün zəruri tədbirlər görməyə borcludurlar. Qanunvericiliyin tələblərinə əsasən həmin torpaq sahələrinin aidiyyəti üzrə geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına, o cümlədən məhkəməyə müraciət edilə bilər.

Xatırladırıq ki, zəbt olunmuş torpaq sahələrinin azad edilməsi üçün məhkəməyə təqdim olunan iddia ərizəsinin nümunəsi Mərkəz tərəfindən hazırlanaraq bələdiyyələrə göndərilmiş və “Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni”ndə dərc olunmuşdur.

iddia ərizəsinin nümunəsi istifadə üçün yenidən bələdiyyələrə göndərilir."

 

                                                                                                                 Nümunə

 

 

         _____________________   Məhkəməsinə

 

        iddiaçı: _________ rayonu _________bələdiyyəsi

 

       Ünvan: __________________________

 

  Cavabdeh: __________________________

 

       Ünvan: __________________________

 

 i D D i A   ə R i Z ə S i

 Özbaşına tutulmuş bələdiyyə torpağının

geri qaytarılması barədə

 

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndinə əsasən bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə görə bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyətinə malikdirlər.

Həmin Qanunun 6.2-ci və Torpaq Məcəlləsinin 55-ci maddələrinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.  Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin yerli qurumları və yerli icra hakimiyyəti orqanlarının memarlıq xıdmətinin, kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair isə yalnız Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin yerli qurumlarının)  rəyi alındıqdan sonra qəbul edilir.  Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.

Cavabdeh ___________ bələdiyyəsinin mülkiyyətində olan _____ ha torpaq sahəsini _______ ildən özbaşına tutaraq, qeyri-qanuni istifadə etmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.6-cı maddəsinə görə torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Bələdiyyələr qanunla müəyyən olunmuş müddətdə ərizəyə baxır və torpaqayırma sənədləri hazır olduqdan sonra torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Habelə həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq torpaq sahəsini hərrac və ya müsabiqə qaydasında əldə edə bilərlər.

Cavabdeh ona torpaq sahəsinin ayrılması üçün bələdiyyəyə müraciət etməmiş və bələdiyyə tərəfindən torpağın cavabdehə verilməsi barədə qərar qəbul edilməmişdir. Habelə torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə əldə olunmamışdır. Beləliklə, cavabdeh heç bir hüquqi əsas olmadan bələdiyyə torpağından istifadə etmiş, yəni bələdiyyə torpağını özbaşına tutmuşdur.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.1-ci və 16.2-ci maddələrinə uyğun olaraq qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.

Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslərtərəfindən və ya onların hesabına həyata keçirilir.

Həmin Məcəllənin 112-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.

Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Cavabdehə özbaşına tutduğu torpaq sahəsini boşaltmaq tələbi ilə müraciət edilmiş, lakin bunun heç bir nəticəsi olmamışdır.

Yuxarıda göstərilənlərə və  “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.2-ci, Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən

 X A H i ş   E D i R i K:

 

Cavabdeh _________ tərəfindən ________ bələdiyyəsinin özbaşına tutulmuş torpaq sahəsinin geri qaytarılması barədə qətnamə qəbul edilsin.

 

Qoşma:

1.         iddia ərizəsinin surəti;

2.         Özbaşına tutulmuş torpağı boşaltmaq tələbi barədə cavabdehə ünvanlanmış məktubun surəti;

3. Torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən sənəd;

4.         Nümayəndənin səlahiyyətini təsdiq edən sənəd;

5.         Məhkəməyə müraciət edilməsi barədə qərar;

 ______________

 bələdiyyəsinin sədri                                                       _________________

                                                                                                                       (imza və möhür yeri)

 

ŞƏRHLƏR