"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ədliyyə Nazirliyi xüsusi karantin rejiminin tətbiq edilməsini nəzərə alıraq media müsabiqəsinin vaxtını artırıb

--2020-07-06 / 13:35

 2020-ci il iyulun 22-də Azərbaycan milli mətbuatının 145 illiyi tamam olur. Bu münasibətlə ölkə Prezidenti cənab ilham əliyev tərəfindən 30.06.2020-ci il tarixdə imzalanmış Sərəncamla xüsusi karantin rejiminə riayət etməklə yubiley tədbirlərinin keçirilməsi tapşırılmışdır.

Yubileyə həsr olunan tədbirlər çərçivəsində 22 iyul – Milli Mətbuat Günü ərəfəsində ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Mətbuat şurası ilə birgə elan olunmuş jurnalist araşdırmaları müsabiqəsinin nəticələri üzrə qaliblərin mükafatlandırılması nəzərdə tutulur.

Xatırladılır kı, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 3 aprel tarixli Fərmanın icrası üzrə görülən işlərin, əldə olunan nailiyyətlərin və tətbiq olunan yeniliklərin kütləvi informasiya vasitələrində dolğun, obyektiv və geniş işıqlandırılması, təbliği məqsədilə elan olunmuş "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda müsabiqəyə cari ilin mart ayının 1-dən başlanılmışdır.

Lakin COViD-19 qlobal pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edilməsi nəzərə alınaraq müsabiqənin vaxtı uzadılmışdır.

iyul ayının 15-dək davam edəcək müsabiqəyə qoşulmaq arzusunda olanlar ətraflı məlumatı nazirliyin saytından (http://justice.gov.az/news/1695) əldə edə bilərlər. iştirakçılar yazı və digər materialları həmçinin, ədliyyə Nazirliyinə elektron qaydada (mojpress@justice.gov.az) müsabiqənin şərtlərinə uyğun olmaqla göndərə bilərlər.

ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

ŞƏRHLƏR