"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ədliyyə Nazirliyinin vəzifələri artırıldı

--2020-07-11 / 18:35

ədliyyə Nazirliyinin vəzifələri artırılıb.
Modern.az xəbər verir ki, bu, Prezident ilham əliyev tərəfindən imzalanan Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ədliyyə Nazirliyi haqqında əsasnamə”də dəyişiklik edilməsi barədə fərmanda əksini tapıb.
indiyə qədər ədliyyə Nazirliyi bələdiyyələr tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirirdi.
Fərmana əsasən, nazirlik  həm də yuxarıda qeyd edilən halları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirəcək.

https://modern.az/az/news/247793

ŞƏRHLƏR