ədliyyə qulluqçuları ağacəkmə aksiyasında iştirak ediblər
Belediyye.infoya daxil olan məlumata ğörə, Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər əliyev ili" elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq 17.03.2023-cü il tarixdə şəmkir şəhərində şəhidlər Xiyabanı ərazisində ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada şəmkir Regional ədliyyə idarəsinin, Rayon Məhkəməsinin, şəmkir rayon icra və Probasiya şöbəsinin əməkdaşları iştirak ediblər. əməkdaşların fəallığı ilə müşayiət olunan tədbirdə yüzdən artıq şam ağacları əkilərək, həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və təmizlik-abadlıq işləri aparılmışdır.