"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

əhalinin maarifləndirilməsində Qaradağ bələdiyyələri yaxından iştirak edir

--2015-09-21 / 14:20

Yaşadığımız cəmiyyət təbii fəlakətlərdən, texnogen qəzalardan və digər fövqəladə hadisələrdən sığortalanmayıb. Buna görə də hər vaxt, hər zaman bu kimi fövqəladə hallara, təbii fəlakətlərə hazır olmaq lazımdır. 

əhalinin  mühafizəsinə yönəldilən işlərin həyata keçirilməsi, baş vermiş qəza və digər hadisələrin nəticələrinin operativ şəkildə aradan qaldarılması və bu zaman əhalinin və onun əmlakının mühafizəsi məsələləri Qaradağ rayon icra Hakimiyyətində fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasının diqqət mərkəzində olmaqla, bu istiqamətdə bütün lazımi tədbirlər həyata keçirilməkdədir.

Bu gün respublikamızın paytaxtı Bakı şəhərinin Qaradağ rayonu Xəzər sahili boyunca yerləşir. Qaradağ rayonunun inzibati ərazisi Bakı şəhərinin 51 faizini təşkil etməklə, Yasamal, Binəqədi, Salyan, Abşeron rayonları və Xəzər dənizi ilə həmsərhəddir  Rayonun ümumi sahəsi 1089 km2, əhalinin sayı 109400 nəfərdir. Qaradağ rayonunun iqtisadiyyatı neft-qaz çıxarma və enerji istehsalından ibarətdir.

Qaradağ rayonu ərazisində 3 ədəd güclü-təsiredici zəhərli maddələr istehsal və istifadə edən kimyəvi təhlükəli obyektlər fəaliyyət göstərir. Rayon ərazisindən yüksək təzyiqli magistral Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorassiysk neft kəmərləri keçir.

Fövqəladə hallar rejimində işçilərin və işləməyən əhalinin təhlükəli ərazilərdən təhlükəsiz  zonalara çıxarılması (köçürülməsi) rayonun və təsərrüfat obyektlərinin mülki müdafiə planlarına əsasən təşkil olunaraq həyata keçirilməsi planlaşdırılıb.

Fövqəladə hadisələr zamanı rayonun ərazisindəki təsərrüfat obyektlərində işin sabitliyini təmin etmək üçün bu obyektlərdəki elektrik, su, qaz və istilik şəbəkələrindəki xətlərin dərinləşdirilməsi, fövqəladə hadisələr zamanı işini davam etdirəcək müəssisələrdə əlahiddə elektrik təchizatı, ilk və daha çox giriş xətlərinin olması, enerji kommunikasiyalarının dövrələnməsi, qazanxanaların və yanacaq elektrik komplekslərinin əvəzedici yanacaq növləri ilə işləmələri üçün hazırlanması mühafizə olunan yanacaq, su və başqa materiallar ehtiyatlarının yaradılması üzrə tədbirlər görülür.

Çalışırıq ki, əsas diqqət əməli məşğələlərə və hazırlığa yönəldilsin.

işləməyən əhalinin hazırlığı isə rayonda fəaliyyət göstərən Bələdiyyələr və Mənzil istismar Sahələrində yaradılmış məsləhət məntəqələri tərəfindən həyata keçirilir.

əhalinin mühafizə üsullarına yiyələnməsində nəzəri biliklərin mənimsənilməsi ilə yanaşı bu biliklərin əməli tədbirlərin gedişində möhkəmləndirilməsinə əsas diqqət yetirilir. Hər bir müəssisədə Rəhbər heyətin əməli məşğələlərinin, qərargah məşqlərinin keçirilməsi, mülki müdafiə üzrə normativlərinin yerinə yetirilməsi təşkil edilir.

Rayonun təhsil müəssisələrində mülki müdafiə günləri yüksək səviyyədə təşkil edilmiş və keçirilmişdir.           

Qaradağ rayonunda fəaliyyət göstərən bələdiyyə orqanları təbliğat işlərində rayon icra hakimiyyətində fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasına müntəzəm köməklik göstərir.Təsərrüfat obyektlərində məlumat guşələrinin təşkili, əhalinin çox olduğu yerlərdə plakatların asılması, xəbərdarlıq siqnalları və fövqəladə hadisələr zamanı əhalinin və işçilərin davranış qaydalarına aid vərəqlərin çoxaldılaraq əhaliyə paylanmasında bələdiyyə orqanları da fəal iştirak edir.

Göründüyü kimi biz müvafiq dövlət qurumları ilə birlikdə az sayda tədbirlər həyata keçiririk. Maliyyə imkanlarımız artdıqca biz əhali ilə daha geniş maarifləndirmə tədbirləri aparacağıq. Belə tədbirlərdə məhəllə komitələrinin böyük potensialından səmərəli istifadə olunması ümumi işə böyük səmərə verəcəkdir.

            

Azad Musayev

Qaradağ rayonu ələt bələdiyyəsinin sədri,

Rayon bələdiyyə sədrləri şurasının sədri

ŞƏRHLƏR