"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

əhmədağalı bələdiyyəsi torpaqların monitorinqini aparıb

--2019-02-25 / 18:53

“2018-ci ildə əldə etdiyimiz maliyyə vəsaiti bizi qane etmir. Büdcəyə daxil olan beş min manata vəsaitin demək olar ki əksər hissəsi bələdiyyə torpaqlarının icarəsindən daxil olub”- bu fikirləri Belediyye.infoya Ağdam rayonu əhmədağalı bələdiyyəsinin sədri Elsanə Qasımova bildirib.

Sədrin sözlərinə görə, cari ilin ilk iki ayı ərzində Ağdam RiH rəhbərliyinin dəstəyi ilə bələdiyyənin inzibati əraizisində torpaqların monitoriqi aparılıb.

Üzə çıxarılan zəbt edilmiş torpaq sahələrinin sənədləşdirilməsi üçün addımlar atırıq. Hazırda birinci rübün yekununadək yəqin ki, beş min manat vəsait əldə edə biləcəyik. ilin sonuna isə yekun rəqəmlərin yüksək olacağına əminik.

əldə etdiyimiz maliyyə vəsaiti əsasən torpaqların icarə haqqlarından daxil olur.

Belediyye.info

ŞƏRHLƏR