Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri M.Kaverockin küçəsi 131 saylı binanın qarşısından başlayaq Bakıxanov küçəsindəki “Azərişıq” ASC-nin müvafiq idarəsinədək (keçmiş “Bages” adlanan əraziyədək olan hissə) küçə boyu olan ağacların dibi asfaltlaşdırılıb. Asfaltlaşdırma Respublika Hərbi prokurorluğun yan tərəfindən başlayaraq, yəni Respublika Veteranlar təşkilatının qarşısından başlayaraq üz aşağı işıq idarəsinə tərəf olan hissədə təxminən yeddi ağacın ətrafını əhatə edib.
Təqdim edilən şəkillərdə ağaclar sulanmış kimi görsənir. əslində ağaclar üzü yuxarı hissədəki avtoyumadan axan çirkab suların axıntısıdır.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumunun əraziyə baxış keçirməsi yerinə düşərdi.
P.S. Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından xahiş edirik Tərtər şəhərində baş verən analoji hadisə zamanı bələdyyə sədrinin cərimə edilməsi kimi hərəkət etməsinlər.
Sonradan məhkəməyə müraciət edən xanım bələdiyyə sədrinin iddiası məhkəmə tərəfindən təmin edildiyindən cərimə də ləğv edilmiş oldu. Odur ki, cərimə edilməli olan orqanın ünvanı xahiş edirik dəqiq tapılsın.
Belediyye.info
|
|
|
|
|
|
|
|