"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ELAN: NəSiMi BəLəDiYYəSi MüSABiQəYə DəVəT EDiR

--2016-11-30 / 16:19

                                                         ELAN:

                   NəSiMi BəLəDiYYəSi MÜSABiQəYə DəVəT EDiR:

                 Mənzil fondununeffektiv idarə olunması məqsədilə Nəsimi Bələdiyyəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən çoxmənzilli binaların idarə olunması üzrə müsabiqə elan edilir.                                

         Müsabiqə 3 lot üzrə keçirilir:

         Lot 1–Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr-ti, 125 ünvanında yerləşən çoxmənzilli binanın idarə olunması;

         Lot 2–Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 59/61 ünvanında yerləşən çoxmənzilli binanın idarə olunması;

         Lot 3–Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi pr-ti, 44"a" ünvanında yerləşən çoxmənzilli binanın idarə olunması;

          Müsabiqədə iştirak etmək istəyənlər, lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra, tərtib olunmuş müsabiqə sənədləri toplusu ilə  Bakı, Səməd Vurğun küçəsi, 112 (əlaqələndirici şəxs: əli Mahmudov, telefon: (+994 12) 441 64 53) ünvanından ala bilərlər.

         iştirak haqqı:

Lot 1 – 75 manat

Lot 2 – 75 manat

Lot 3 – 75 manat

 Hesab :     AZ26AIIB33080019441100302111                                                                                        

VÖEN :     1400109541

Bank :     “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı

Kodu :      200112

VÖEN :     9900003611

M/H :     AZ37NABZ01350100000000001944

S.W.I.F.T. : AIIBAZ2X

iştirak haqqı heç bir halda geri qaytarılmır.

          iddiaçılar müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Müsabiqədə iştirak etmək üçün ərizə;
  2. Müsabiqədə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. iddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması;
  4. iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəldilmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılması barədə arayış;
  5. iddiaçının başa çatmış sonuncu hesabat dövrü üçün mühasibat hesablarına əsasən aktivlərinin balans dəyərinin 25 faizindən artıq miqdarda vergi və digər icbari ödənişlərə görə borcunun olmaması barədə müvafiq vergi orqanından arayış;
  6. iddiaçının başa çatmış sonuncu hesabat dövrü üçün mühasibat hesabatlarına əsasən aktivlərinin balans dəyərinin 70 faizindən artıq miqdarda kreditor borcunun olmaması barədə aryış;
  7. iddiaçının müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;
  8. Fərdi sahibkar olan iddiaçının və hüquqi şəxs olan iddiaçının rəhbərinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğunun olmaması barədə DiN-nin MM-dən arayış;

 Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Çoxmənzilli binaların idarəedici təşkilatının seçilməsı üzrə açıq müsabiqə keçirilməsi Qaydaları” haqqında 01.06.2010-cu il tarixli 128 saylı Qərarına uyğun keçiriləcəkdir.

iddiaçılar müsabiqədə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (müsabiqə təklifi istisna olmaqla) 24.12.2016-cı il saat 18-00-dək təqdim etməlidirlər.

 Müsabiqə təklifi isə şəffaf olmayan zərfə qoyulub möhürlənmiş vəziyyətdə 28.12.2016-ci il tarixdə saat 18-00 kimi Bakı şəhəri, S.Vurğun küçəsi, 112 ünvanında Nəsimi Bələdiyyəsinə təqdim olunmalıdır.

 Müsabiqə komissiyası  

ŞƏRHLƏR