Cəlilabad rayon Bələdiyyələri əlaqələndirmə şurasının növbəti iclası keçirilib.
şura sədri Mehdi Kərimovun sədrliyi ilə baş tutan iclasda rayon bələdiyyə sədrləri iştirak edib.
iclasda bələdiyyələrin fəaliyyətinin inkişaf etdirilməsi, onların işlərinin düzgün təşkil olunması məsələləri müzakirə edilmiş, habelə Lənkəran regional ədliyyə idarəsinin bələdiyyə fəaliyyətinə dair tövsiyələri barədə seminar iştirakçıları məlumatlandırılmışdır.
iclasın sonunda şura sədri M.Kərimov qarşıdan gələn Novruz bayramı münasibətilə bələdiyyə sədrlərini təbrik edərək gələcək işlərində onlara uğurlar arzu etmişdir.
Belediyye.info