sorğu
Bakı şəhər icra Hakimiyyəti başçısı Eldar əzizov baş direktoru işdən çıxarıb.
Modern.az Unikal.org-a istinadən xəbər verir ki, Eldar əzizovun müvafiq əmri ilə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov vəzifəsindən azad edilib.
Xəbəri Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, bir neçə ay öncə Bakı şəhər icra Hakimiyyəti başçısı Eldar əzizov Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət vermişdi.