"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Eldar əzizov Cenevrədə keçirilən "şəhərlər günü" sərgisində iştirak edib

--2019-04-22 / 17:10

BMT-nin Avropa üzrə iqtisadi Komissiyasının (UNECE) 68-ci sessiyası çərçivəsində isveçrənin Cenevrə şəhərində keçirilən “şəhərlər günü” sərgisində təşkilatın 33 üzv ölkəsindən 50 şəhərin meriyası ilə yanaşı Bakı şəhər icra Hakimiyyəti də təmsil olunub. Komissiyanın icraçı direktoru, BMT baş katibinin müavini Olqa Alqayerovanın sədrliyi ilə keçirilən tədbir “Ağıllı dayanıqlı şəhərlər: dayanıqlı inkişafın aparıcılarıdır” mövzusuna həsr edilib.

Bakı şəhər icra Hakimiyyəti Başçısı Eldar əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti, paytaxtda Dayanıqlı inkişafın üç əsas elementi olan iqtisadi və sosial inkişaf, eləcə də ətraf mühitin qorunması sahələrində Azərbaycanda uğurlu nümunələri nümayiş etdirmək məqsədilə sərgidə üç layihə ilə təmsil olunub –Ağ şəhər, Təmiz şəhər və Mənzil inşaatı Dövlət Agentliyi layihələri. Tədbirdə “Ağıllı dayanıqlı şəhərlər: dayanıqlı inkişafın aparıcılarıdır” mövzusunda Eldar əzizov nitq ilə çıxış edib.

Bakı Ağ şəhərin sərgidəki stendində layihənin ictimai, iqtisadi və ekoloji fəaliyyətini əks etdirən materiallar təqdim olunub. Stendlə tanış olanlara məlumat verilib ki, Ağ şəhər layihəsinin həyata keçirildiyi ərazilərdə neft emalı nəticəsində miras qalan çirklənmiş torpaqların bərpası həyata keçirilir. Sağlam əhali naminə şəxsi nəqliyyatdan asılılığın azaldılması üçün Ağ şəhərdə ictimai nəqliyyat, metro stansiyaları, habelə, su nəqliyyatı kimi alternativ nəqliyyat növləri tətbiq ediləcək. Küçələrin və prospektlərin yaşıllaşdırılması yolu ilə, avtomobil nəqliyyatı tərəfindən çirklənmənin neqativ nəticələri minimuma endirilir. Bu və digər inkişaf istiqamətləri Ağ şəhərin bütövlük prinsiplərinə əsaslanır.

Bakı Ağ şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir. Ağ şəhər dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihələrindəndir. Bakı Ağ şəhər layihəsi müxtəlif beynəlxalq və yerli mükafatlara, o cümlədən Honkonqda “MIPIM Asia Awards 2011” müsabiqəsində "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında, Dubayda “Cityscape Global” və bir sıra digər sərgilərdə “ən yaxşı şəhərsalma layihəsi” kimi müxtəlif mükafatlara layiq görülüb.

https://www.bakuwhitecity.com/az/newsd/147-baki-sahari-cenevrada-kecirilan-quot-saharlar-gunu-quot-sargisinda-tamsil-olundu

ŞƏRHLƏR