"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Eldar əzizov daha bir şöbə müdirini vəzifədən azad edib

--2018-09-18 / 14:33

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakı şəhər icra Hakimiyyətinin (BşiH) ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri əli əsgər оğlu əsgərоv vəzifədən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı Bakı şəhər icra Hakimiyyəti başçısının müavini Eldar əzizov müvafiq əmr imzalayıb.

Həmin vəzifəyə Coşqun Adil оğlu Cəbrayılov təyin olunub.

C.Cəbrayılov bundan əvvəl Səbail Rayon icra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt şəhər icra Hakimiyyətində də bu vəzifəni icra edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti ilham əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BşiH başçısının müavini vəzifəsinə Eldar əzizov təyin olunub. Hazırda E.əzizov BşiH başçısı səlahiyyətlərini icra edir.

https://report.az/siyasi-xeberler/daxili-siyaset/baki-seher-i-cra-hakimiyyetinin-daha-bir-sobe-mudiri-vezifeden-azad-edilib/

ŞƏRHLƏR