"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Eldar əzizov daha bir yüksək vəzifəli məmuru işdən çıxartdı

--2018-09-20 / 09:30
Bakı şəhər icra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyevişdən çıxarılıb. Bununla bağlı icra başçısının səlahiyyətlərini icra edən Eldar əzizov sərəncam imzalayıb. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə avropa.info-ya meriyadakı mənbələrdən məlumat daxil olub.
 
R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər əliyevin qatı tərəfdarlarından olub. Məhz H.əliyevin göstərişi ilə R.Quliyev gənc yaşlarında yüksək vəzifəyə təyinat alıb – 31 yaşlı Quliyev Bakı şəhər icra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri təyin edilib. Buna qədər isə R.Quliyev "Səs” qəzetnin baş redaktor müavini və 30 saylı DSK-nın (Səbail) sədri olub. 
 
18 il şəhər təsərrüfatının rəhbərliyində işləyən R.Quliyev meriyanın aparat rəhbərinə qədər yüksəlib.
ŞƏRHLƏR