Bakı şəhər icra Hakimiyyətinin başçısı Eldar əzizov icra hakimiyyəti strukturunu optimallaşdırmaq və idarə edilməsini təkmilləşdirmək məqsədilə bir sıra sturkturu ləğv edib.
Bu barədə Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, icra strukturuna aid edilən Xarici əlaqələr və investisiya proqamları Departamenti, Baki Kino xidməti idarəsi, iqtisadiyyat Komitəsi və Bakı şəhər Ekspertiza mərkəzi ləğv edilib.
Qeyd edək ki, iqtisadiyyat Komitəsi və Kino Xidməti idarəsi hələ keçmiş sovet dövründən bu strukturda saxlanılırdı. Xarici əlaqələr və investiya proqramları Departamenti isə 1997-ci ildə yaradılmışdır.
Eldar əzizov bir müdddət əvvəl işdən azad etdiyi BşiH Aparat rəhbəri olmuş vəzifəsindən azad edərək Rasim Quliyevi Xarici əlaqələr və investisiya proqamları Departamentinə sədr təyin etmişdi.
Struktur dəyişkiliyi barədə məlumatı icra hakimiyyətindən də təsdiq ediblər.
Belediyye.info