"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Eldar əzizov hərəkətə keçdi

--2018-07-24 / 13:05

Bakı şəhər icra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən, Bakı şiH başçısının müavini Eldar əzizov paytaxt rayonlarına baxış keçirir.

Eldar əzizovun bu günlərdə Suraxanı və Xətai rayonlarında olduğu deyilir. Bununla bağlı məlumatı Suraxanı RiH-də təsdiq ediblər.

Bakı şiH rəsmisinin rayon rəhbərlərindən əsas tələbi əhaliylə rəftarda diqqətli olmağı, şəhərin təmizliyinə diqqəti artırmaq olub. Bununla yanaşı tikinitlərlə bağlı hər bir atılan addımın qanuna müvafiq şəkildə razılaşdırmağı və Prezident ilham əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında irəli sürdüyü tələblərə ciddi riayət edilməsi olub.

Qeyd edək ki, Səbail rayon icra Hakimiyyətinin başçısı işləyən Eldar əzizov Prezident sərəncamıyla 16 iyul tarixdə Bakı şəhər icra Hakimiyyəti başçısının müavini təyin olunub. Həmin sərəncamla Eldar əzizov həm də Bakı şəhər icra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edir.

Belediyye.info

ŞƏRHLƏR