Paytaxtda qışa hazırlıq tədbirləri çərçivəsində Bakı şəhər icra Hakimiyyətinin qurumlarında, o cümlədən Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri idarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində də qışa hazırlığın, burada mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətinin öyrənilməsi məqsədilə Bakı şəhər icra Hakimiyyətinin başçısı tərəfindən sərəncam imzalanmış, müvafiq komissiya yaradılmışdır.
Sərancama uyğun olaraq Komissiya tərəfindən uşaq bağçalarına baxışlar keçiriləcək, bağçaların binaları, dam örtüyünün, istilik sistemlərinin vəziyyəti yoxlanılacaq. ərzaq təchizatı, saxlanma şəraiti, qidalanma məsələləri, uşaqların sağlamlıq səviyyəsi, infeksion xəstəliklərdən qorunma, profilaktika tədbirləri və digər məsələlərə xüsusi fikir veriləcək.
Komissiyanın rəyi araşdırılacaq və müvafiq tədbirlər görüləcəkdir.
Bakı şəhər icra Hakimiyyəti Mətbuat Xidməti