"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Eldar əzizov Meriyanı gücləndirilmiş rejimə keçirdi

--2018-10-26 / 08:33

“Hava şəraitinin kəskin dəyişəcəyilə bağlı bütün rayon icra hakimiyyətləri məlumatlandırılıb”.

Bu barədə Bakı şəhər icra Hakimiyyətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.


Qeyd olunub ki, bununla əlaqədar təsərrüfat xidmətləri xüsusi rejimdə işləyəcək:


“Bakı şəhər icra Hakimiyyətinin (BşiH) təsərrüfat strukturları gücləndirilmiş iş rejiminə keçir. Yarana biləcək fəsadların qarşısının alınması üçün rəhbərliyin göstərişilə hazırlıq görülür”.

 

Eyni zamanda BşiH-dən əhaliyə müraciət edilərək, avtomobillərin ağacların altında park etməmələri xahiş olunub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-dan 27-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi ilə bağlı xəbərdarlıq edib. Proqnoza görə, havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enəcək.

Sentyabrın 23-də ETSN tərəfindən anoloji xəbərdarlıq edilməsinə baxmayaraq, şəhərin leysan sularına təslim olması rəsmi qurumların buna hazırlıqlı olmadığını göstərdi.

Xatırladaq ki, Bakı Meriyası sentyabrın 23-də Bakıya yağan güclü leysanın gətirdiyi problemlərlə bağlı yaydığı açıqlamada paytaxtda yağış sularının törətdiyi fəsadlara görə, “Azərsu” ASC-ni ittiham edib.


Meriya subasmaları “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ biliməməsini problemi yaradan səbəb kimi göstərib.

http://modern.az/az/news/181554#gsc.tab=0

ŞƏRHLƏR