Bakı şəhər icra Hakimiyyətinin başçısı Eldar əzizov müvafiq əmriylə Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəisi Ramsin Abdullayev Kommunal Xidmətlər Müəssisəsinə, Səbail bələdiyyəsinin sabiq sədri Firdovsi ibadulla oğlu Cəbrayılov Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi təyin edilib.
əlavə edək ki,F. Cəbrayılov 1978-ilin oktyabr 25-də Masallı rayonunda anadan olub. Ail təhsil aldıqdan sonra bir sıra xidmət sahələrində və 2009-cu ildən Səbail bələdiyyəsində bələdiyyə qulluçusu kimi fəaliyyətini davam etdirib. 2014-cü ildə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü və 2015-ci ilin yanvaında isə Səbail bələdiyyəsinin sədri vəzifəsinə seçilib. Bu vəzifəni 2019-cu ilin fevralınadək icra edib.
Belediyye.info