"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Eldar əzizova ürək sözüm -iCRA BAşçISINA MəKTUB

--2018-07-31 / 17:59

Bu gün Eldar əzizovun Bakı şəhər icra Hakimiyyəti başçısının müavini, BşiH Başçısı səlahiyyətlərinin icraçısı kimi fəaliyyətinin 15-ci günüdür. iki həftə ərzində hər hansı bir layihənin icrasından söz danışmaq çox tezdir.

Uzun illər əvvəl, 1999-ci ilin yayında bu gün çalışdığı inzibati binada, ilk olaraq Xarici əlaqələr və investisiya Proqramları Departamentinə sədr müavini kimi işə başlayan zamandan tanıdığımdan və bu illər ərzində keçdiyi ömür yoluna qısa nəzər salaraq Eldar müəllimə qısa şəkildə də olsa səmimi ürək sözümü çatdırmaq istərdim.

ilk təyinatdan az müddət sonra Bakı şəhər icra Hakimiyyətində E.əzizov başçının müavini təyin ediləndə əsas vəzifəsi siyasi proseslərə qiymət vermək, siyasi partiyalarla görüşlərin keçirilməsi, siyasi diskusiyaların təşkili məsələsi oldu. Qeyd edim ki, o illərdə BşiH Başçısının müavinlərini BşiH Baçşısı təyin edirdi. Eldar əzizovda yeddi müavindən biri idi. Ancaq onlardan ən məsuliyyətli bir sahəni aparmalı idi. iki ilə yaxın bir müddətdə bu vəzifəni layiqincə apardı.

Düşünürəm ki, bu gün keçmiş komsomol məktəbini keçən, hələ keçmiş sovet dövründə universiteti fərqlənmə diplomuyla bitirən azsaylı icra başçılarından olan Eldar əzizov Prezidentin ona göstərdiyi etimadı layiqincə doğruldacaqdır.

indisə, hörmətli Eldar əzizova ürək sözlərimi demək istərdim:

- Eldar müəllim, istərdim ki, indiyə qədər BşiH-də formalaşmış bir ənənəni pozasınız. Yəni “əvvəlcə yola asfalt salınıb, sonra yolun qazılması” ənənəsindən qurtulmağın vaxtı çatıb. Dövlətin hər qəpiyinin də qədrinin bilinməsinin zamanıdır. ilk olaraq bütün məsələlərin əvvəlcədən yüz ölçüb, bir biçilməklə edilməsini arzu edərdim.

-Eldar müəllim bildiyiniz kimi, bu gün Bakıda 53 bələdiyyə formalaşdırılıb. Bu 53 bələdiyyənin illik büdcə gəlirləri 10 milyon manata çatmır. Maliyyəsizliyə baxmayaraq, bu gün bələdiyyələr sözün həqiqi mənasında paytaxtda bir sıra ciddi layihələrin müəllifidirlər. Ancaq bir çox hallarda demək olar ki, RiH-lər bələdiyyələrin həyata keçirdikləri layihələri öz adlarına çıxmaqdan yorulmurlar. Xatırladım ki, elə bir rayon yoxdur ki, bələdiyyələr, xüsusən park salınmasına və ya abadlaşdırılmasına maliyyə vəsaiti ayırmasınlar.

istərdim, məhz Sizin tövsiyənizlə bələdiyyələrin öz vəsaitləriylə həyata keçirdikləri layihələri öz adlarına çıxılmasına yardmıçı olasınız.

- Arzu edərdim ki, bələdiyyələrə əlavə büdcə gəlirlərinin əldə edilməsində də öz tövsiyənizi əsirgəməyəsiniz. Məhz bu istiqamətdə xüsusi proqramın hazırlanmasına ehtiyac vardır. Və bu proqramda bütün neqativin bələdiyyələrin üzərinə atılmasına son qoyulması yerli orqanların fəaliyyətinə stimul vermiş olardı. əgər neqativ varsa da belə onu şişirtmək, qarşı tərəfi nüfuzdan salmaq cəhdi kimi qiymətləndirilməməlidir.

Qeyd edim ki, bu gün Bakı bələdiyyələri xüsusən də mehmanxana və kurort-sanatoriya xidmətlərindən, avtodayanacaqlardan çox az maliyyə vəsaiti əldə edə bilirlər.

-Eldar müəllim bildiyiniz kimi, bu gün ölkəmizdə sağlam vətəndaş cəmiyyəti formalaşıb. Yaxşı olardı ki, məhz vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakıyla BşiH-yanında icrimai şura formalaşdırılsın. ictimai şuranın fəaliyyəti bəzi nazirliklərdə ki, kimi formal xarakter daşımasın və bu şuranın təklif və tövsiyələri gələcək fəaliyyətdə istifadə edilsin.

Düşünürəm ki, Prezident ilham əliyevin Sizə göstərdiyi etimadı layiqincə doğruldacaqsınız. Buna heç şübhəm yoxdur. Harada işləməyinizdən asılı olmayaraq saf və təmiz məmur adını qoruyub saxlaya bilmisiniz. Məhz buna görə Sizə təşəkkür edirəm.

Son olaraq ürək sözlərimə diqqətlə yanaşacağınıza inanıram.

Sizə dərin hörmətlə Vüqar Tofiqli.

ŞƏRHLƏR