Bakı şəhər icra Hakimiyyətinin başçısı Eldar əzizovun müvafiq əmriylə Elşən Məmmədzadə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru təyin edilib.
Yeni təyin edilən baş direktor bu gün kollektivə təqdim edilib.
Təqdimatda Bakı şiH-in Aparat rəhbəri Elgin Həbibullayev iştirak edib.
Qeyd edək ki, icra başçısının müvafiq əmri ilə dünən Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov vəzifəsindən azad edilib.
Məlumatda oda qeyd edirlirdi ki, bir neçə ay öncə Bakı şəhər icra Hakimiyyəti başçısı Eldar əzizov Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət vermişdi.
əlavə edək ki, Vaqif Novruzov 1996-cı ildən 1saylı Yaşıllaşdırma Trestinin rəisi, 2001-ci ildən isə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru vəzifəsində çalışırdı.
Belediyye.info