"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

əldə edilən kiçik uğurlarımızla bərabər hələ kifayət qədər həllini gözləyən problemlər də var

--2018-05-16 / 14:31

əldə edilən kiçik uğurlarımızla bərabər hələ kifayət qədər həllini gözləyən problemlər də var

Müstəqil Azərbaycanımızda quruculuq işlərinin geniş vüsət alması, iqtisadi sahədə misilsiz nailiyyətlərin qazanılması, ictimai-siyasi sabitliyə və vətəndaş həmrəyliyinə nail olunması, siyasi-iqtisadi cəhətdən güclü dövlətin yaradılması xalqımızın qarantı möhtərəm Prezidentimiz ilham əliyev siyasətinin ali məqsədidir.

Xalqın yüksək fəallığı ilə keçən 11 aprel seçkilərində vətəndaşlarımızın mütləq dəstəyi ilə ilham əliyev cənablarının inamlı qələbəsi tariximizin növbəti şanlı səhifəsinin, dövlət quruculuğunun yeni inkişaf salnaməsinin əsasını qoydu.

Azərbaycançılıq məfkurəsinə sadiqliyi, müdrik siyasəti, dönməz əqidəsi, alternativinin olmaması ilə fərqlənən Prezidentimiz Ulu Öndər Heydər əliyev siyasi kursunu uğurla davam etdirərək hər birimizin Prezidenti oldu və Azərbaycan xalqının xoşbəxt gələcəyinin təminatçısına çevrildi.

Ölkəmizdə dövlət idarəçiliyinin daim təkmilləşdirilməsi, demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində uğurla aparılan siyasət nəticə etibarı ilə vətəndaş cəmiyyətinin, eləcə də yerli özünüidarəetmə orqanlarının inkişafına müsbət təsirini göstərməkdədir.

Bu baxımdan ölkə bələdiyyələri də yaradılan əlverişli mühitdən yararlanaraq üzərilərinə düşən vəzifələri daha məsuliyyətlə icra edərək fəaliyyətlərini davam etdirmişlər. Hesabat ilində Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasına üzv bələdiyyələrin fəaliyyətlərinin koordinasiyası, həmin fəaliyyətin Nizamnamə tələblərinə uyğun qurulması istiqamətində zəruri tədbirlər planlaşdırılmış və icra edilmişdir.

Hesabat ili ərzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektoru, Milli Məclisinin Regional Məsələlər Komitəsi və ədliyyə Nazirliynin Bələdiyyələrlə iş mərkəzi ilə əməkdaşlığımız yüksək səviyyədə qurulmuşdur. Bu bizə imkan vermişdir ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı olan bütün qanunvericilik aktlarının ilkin müzakirələrində Milli Assosiasiyaların sədrləri kimi yaxından iştirak edək və Sizi layiqincə təmsil edək. Hesab edirik ki, vaxtaşırı olaraq qəbul olunan yeni qanunlar və mövcud qanunlarda edilən əlavə və dəyişikliklər fəaliyyətimizin təkmilləşdirilməsində bizə əlavə imkanlar yaratmış və gələcəkdə bu imkanlar daha da genişlənəçəkdir. icazə verin yığıncaqda iştirak edən müvafiq orqanların nümayəndələrinə qəsəbə bələdiyyələri adından minnətdarlığımızı bildirək.

Yerli özünüidaəretmənin təkmilləşdirilməsi, bələdiyyələrin maliyyə-iqtisadi əsaslarının gücləndirilməsi, kadr və informasiya təminatının yaxşılaşdırılması, informasiya və kommunikasiya texnologiyaları tətbiq etməklə daha səmərəli və effektli idarəetməyə nail olmaq Milli Assosiasiyamızın prioritetləri olduğundan, hesabat ilində bu istiqamətlərdə sistemli olaraq məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Bələdiyyə fəaliyyətini müxtəlif istiqamətlər üzrə müzakirə etmək, mövcud vəziyyəti qiymətləndirmək və gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək məqsədi ilə 07-08 dekabr 2017-ci il tarixlərində Milli Məclisin Regional məsələlər Komitəsinin və Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə Qəbələ şəhərində “Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda Konfrans keçirilmişdir. Konfransda 16 şəhər və rayondan 85 bələdiyyəni təmsil edən bələdiyyə sədrləri iştirak etmiş və müzakirələr aparılmışdır.

Birgə tədbirlər ilin sonuna yaxın davam etdirilmiş, Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun 71 bələdiyyəsini-əsasən də qəsəbə bələdiyyələrini təmsil edən sədrlərin iştirakı ilə, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin təşkilatçılığı ilə 18 dekabr 2017-ci il tarixdə Bakı şəhərində “Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi: mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda birgə konfrans keçirilmişdir.

Düşünürük ki, bu qəbildən keçirilən tədbirlər bələdiyyələrlə Milli Assosiasiyaların, eyni zamanda əlaqədar dövlət hakimiyyəti orqanları ilə əməkdaşlıqda mühüm əhəmiyyətə malik olduğundan cari ildə də həmin tədbirləri davam etdirmək əzmindəyik.

Azərbaycanda yerli demokratiyanın inkişaf etdirilməsi sahəsində atılan addımlar, ölkə Prezidenti cənab ilham əliyevin demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində uğurla apardığı siyasətin tərkib hissəsidir.

Bələdiyyə orqanlarının işində demokratik mühitin təmin edilməsi də yerli özünüidarəetmənin əsas prinsiplərindən biri hesab edilir. Bu nöqteyi-nəzərdən Milli assosiasiyaların tövsiyyələri əsasında yerli demokratiyanın inkişafı istiqamətində qəsəbə bələdiyyələri tərəfindən 2017-ci ilin oktyabr ayının 30-dan noyabrın 5-dək Azərbaycanda Yerli Demokratiya Həftəsi çərçivəsində “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” şüarı altında qəsəbə bələdiyyələrində çoxsaylı tədbirlər keçirilmişdir. Müxtəlif ünvanlarda sakinlərlə keçirilən 665 görüşdə 72684 nəfər iştirak etmiş, bələdiyyələrdə 7363 nəfər vətəndaş qəbul olunmuşdur. (Cədvəl 1) əvvəlcədən görülən təşlikati tədbirlər nəticəsində artıq 10-cu dəfə keçirəilən belə tədbirlər daha geniş əhali kütləsini əhatə etmişdir. Bu tədbirlərdə əsas məqsədimiz, yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyin artırılması, fikir mübadilələrinin aparılması və qarşılqlı öhdəliklərin müəyyən olunması yolu ilə fəaliyyətimizin daha da genişləndirilməsi olmuşdur.

Demokratiya həftəsi ərzində açıq dialoq şəklində keçirilmiş çoxsaylı görüşlərdə bələdiyyələr görülmüş işlər barədə hesabatlar vermiş, bu görüşlərdə yerli əhəmiyyətli məsələlərin həlli və bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə dair vətəndaşlar tərəfindən təkliflər irəli sürülmüşdür.

Demokratiya həftəsinin mahiyyətini daha çox seçici auditoriyasına çatdırmaq məqsədi ilə noyabr ayının 01-də Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər Komitəsinin, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının və yerli icra hakimiyyəti orqanlarının təşkilatçılığı ilə Cəlilabad şəhərində “Yerli demokratiyanın inkişafı naminə: vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusunda konfrans keçirilmişdir.

Keçirilən bütün tədbirlər öz mütəşəkkilliyi və məzmunu ilə seçilmiş, bələdiyyələrin işinə əhalinin marağını artırmış, “vətəndaş – bələdiyyə”, “bələdiyyə – vətəndaş” əlaqələrinin möhkəmləndirilməsinə təkan vermiş, cəmiyyətdə vətəndaş fəallığının yüksəlməsinə səbəb olmuşdur. Eyni zamanda görüşlərdə seçicilərimizin   səsləndirdikləri fikirlər, verdikləri təkliflər gələcəkdə fəaliyyətimizi sakinlərimizin mənafeyi naminə qurmaqda və qarşiya qoyduğumuz məqsədlərə çatmaqda bizə yardımçı olaçaqdır.

Hamımızın strateji məqsədi isə ondan ibarətdir ki, Azərbaycan bələdiyyələrində yerli özünüidarəetmə daha da təkmilləşdirilsin, sakinlərin sosial ehtiyacları daha dərindən öyənilsin və bu məsələlərin həli üzrə qəbul etdiyimiz qərarların icrası vaxtında təmin olunsun.

Biz sizinlə hər birimiz öz bələdiyyəmizin inzibati ərazisində bu məqsədlərə çatmaq üçün bütün potensialımızı səfərbər etməli və seçicilərimizin rifahı naminə yorulmadan çalışmalıyıq. Bələdiyyə ərazisində gördüyümüz bütün işlərin, sakinlərə göstərdiyimiz müxtəlif xidmətlərin kəmiyyət və keyfiyyəti bələdiyyələrin iqtisadi potensialından birbaşa asılı olması hamımıza məlumdur. Bu baxımdan hesab edirəm ki, yerli büdcənin formalaşması, maliyyə mənbələrinin genişlənməsi, iqtisadi potensialın dayanıqlı maliyyə mənbələri üzərində qurulması məsələləri bugünki Ümumi Yığıncağımızın da ciddi müzakirə obyekti olmalıdır.

Bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, yerli vergi və ödənişlərin yığılması işinin səmərəli təşkili 2017–ci ildə keçirilən Ümumi Yığıncaqda da geniş müzakirə olunmuş və bu sahədə ciddi tədbirlərin görülməsi qarşımıza bir vəzifə kimi qoyulmuşdur. Bununla bağlı Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən hazırlanmış Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramının imkanlarından tam istifadə edilməsi respublikanın bütün bələdiyyələrinə, o cümlədən qəsəbə bələdiyyələinə də tövsiyyə olunmuşdu.

Bu məqsədlə bələdiyyə üzvləri və qulluqçuları üçün maarifləndirilmə kurslarının təşkili də Assosiasiya tərəfindən 2017-ci ildə görülmüş işlər sırasındadır. Aprel ayının 04-dən 15-dək Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayon bələdiyyələrinin baş mühasibləri və kompüter mütəxəssisləri üçün BAMS proqramına məlumatların düzgün daxil edilməsi ilə bağlı təlim kursları keçirilmiş, kurslarda 71 bələdiyyə üzrə 124 bələdiyyə qulluqçusu iştirak etmişdir.

Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının əməkdaşları tərəfindən 06-09 dekabr 2017-ci il tarixlərində BAMS proqramında məlumatların bazaya daxil edilməsi və bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə həsr olunan 7 rayonda zona maarifləndirmə seminarları təşkil olunmuş, seminarlarda 13 rayondan 329 bələdiyyəni təmsil edən bələdiyyə sədrləri və BAMS üzrə mütəxəssislər- ümumilikdə 658 nəfər iştirak etmişdir.

Hesabat ilində bələdiyyələrin maliyyə imkanlarının artırılması istiqamətində apardığımız bu tipli sistemli və məqsədyönlü tədbirlər, assosiasiya əməkdaşları tərəfindən davamlı olaraq bələdiyyələrə göstərilən köməkliklər və eyni zamanda əksər bələdiyyə sədrlərinin də bu işə ciddi münasibəti, peşəkar və bacarıqlı mütəxəssislərin işə cəlb edilməsi, uzun müddət bələdiyyələrdə yerli vergi və ödənişlərin toplanması sahəsindəki pərakəndəliyə son qoyaraq öz müsbət nəticəsini vermişdir. ilin yekunları BAMS proqramı vasitəsilə hər bir bələdiyyə üzrə vergi və ödənişlər, ümumi gəlirlər və xərclər üzrə əldə etdiyimiz məlumatlar və statistik göstəriçilər təhlil edilmiş, ümumiləşdirmələr aparılmış və nəticədə qəsəbə bələdiyyələri üzrə müsbət dinamikanın olması müşahidə olunmuşdur.

Apardığımız təhlillərin nəticəsindən aydın olmuşdur ki, 2017-ci ildə assosiasiyaya üzv qəsəbə bələdiyyələrinin büdcə gəlirləri artaraq 7 716 047 manat olmuşdur ki, bu da 2016-cı illə müqayisədə 3,6 faiz çoxdur. Büdcə xərclərində də artım baş vermişdir. Ötən dövrlə müqayisədə xərclər 2,8 faiz artaraq 7 406 666 manat təşkil etmişdir.

Qəsəbə bələdiyyələri üzrə illik büdcə daxilolmalarının 6 842 412 manatı və ya 88,7 faizi yerli vergi və ödənişlərdən daxil olmalar, 630 212 manatı və ya 8,2 fazini dövlət tərəfindən ayrılan dotasiya, 243 423 manatı və ya 3,1 faizi isə 2016-cı ildən növbəti ilə keçən qalıq vəsaiti hesabına formalaşmışdır.

Ümumiləşdirmələr onu deməyə əsas verir ki, əksər qəsəbə bələdiyyələri ötən il yerli vergilərin toplanmasına daha ciddi yanaşmışlar. Belə ki, qəsəbələr üzrə yerli vergi və ödənişlərdən daxil olan vəsaitin 68,1 faizini, yerli vergilərdən daxilolmaların isə 98,4 faizini fiziki şəxslərdən torpaq və əmlak vergisi, yəni dayanıqlı maliyyə mənbələri təşkil etmişdir. Heç şübhəsiz ki, belə müsbət nəticələr BAMS proqramını tətbiq etməklə əsas vergi növləri olan fızıki şəxslərdən əmlak və torpaq vergilərinin uçotundakı sistemsizlikdə müəyyən qədər nizamın yaradılması hesabına nail olunmuşdur. Bu göstəricilər hələ ki, bizi qane etmir. Uçota alma prosesi başlamış, amma bu bütün bələdiyyələri tam əhatə etmir, bu məsələyə obyektiv və ya subyektiv səbəblərdən ciddi yanaşmayan bələdiyyələr də az deyildir. Belə ki, BAMS proqramındakı göstəricilərə istinadən 141 qəsəbə bələdiyyəsindən 33 bələdiyyə fiziki şəxslərdən əmlak vergisindən, 14 bələdiyyə fiziki şəxslərdən torpaq vergisindən bir manat da olsun belə vəsait yığa bilməmişdir. Təəssüf hissi ilə qeyd etməliyəm ki, 7 qəsəbə bələdiyyəsi - Füzuli rayonunun 3â„–-li Qayıdış, 8â„–-li Qayıdış və Zobucuq bələdiyyələri, Goranboy rayonunun Kürəkçay və Qazanbulaq bələdiyyələri, Qaradağ rayonunun Çeyildağ bələdiyyəsi və Lənkəran rayonunun Balıqçılar bələdiyyəsi bir manat da olsub belə vəsait yığa bilməmiş, onların büdcə gəlirləri yalnız dotasiya hesabına formalaşmışdır.

Bələdiyyələrimiz əmlak və torpaq vergilərinin yığılmasnda fəallıq göstərsələr də, digər vergilərin yığımı barədə bunu demək olmaz. Yerli əhəmiyyətli tikinti materiallarından mədən vergisi üzrə cəmi 7 bələdiyyə, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi üzrə yalnız 2 bələdiyyəyə - Sabunçu rayonunun Bakıxanov bələdiyyəsinə və Zaqatala rayonunun əliabad bələdiyyəsinə ümumilikdə 4584 manat vəsait daxil olmuşdur. Belə nəticəyə gəlmək olur ki, bələdiyyələrimizin keçən 18 il ərzində səmərəli fəaliyyətinin əsas göstəricilərindən biri kimi xarakterizə oluna bilən bələdiyyə müəssisələrinin və xidmət sahələrinin yaradılması işində hələ ki, irəliləyişə nail ola bilmirik. Halbuki, mənfəət əldə etməklə yanaşı, eyni zamanda yerli problemlərin həlli və sakinlərə bələdiyyə xidmətlərinin göstərilməsi baxımından xidmət və istehsal sahələrinin yaradılması çox vacibdir. Hesab edirik ki, cari ildə qarşımızda duran ən vacib məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətimizin gücləndirilməsi olmalıdır. ilk növbədə büdcə gəlirləri imkan verən qəsəbə bələdiyyələri təşəbbüs göstərərək müxtəlif istehsal və xidmət sahələri yaratmalı və bununla da sakinlərə ictimai xidmətlərin çeşidini və səviyyəsini artırmağa çalışmalıdırlar

Qəsəbə bələdiyyələri üzrə yerli ödənişlərdən daxilolmaların təhlilinə nəzər salsaq görərik ki, ödənişlərdən daxil olan illik maliyyə vəsaiti 2 179 357 manat təşkil edir ki, bu da büdcə gəlirlərinin 28,2 faizini, vergi və ödənişlərdən daxil olmaların isə 32 faizini təşkil edir. Belə nəticə bizi qətiyyən qane etməməlidir. Cədvəldən (Cədvəl 4) də göründüyü kimi torpaq sahələrinin özgəninkiləşdirməsindən və icarəyə verilməsindən, kommunal xidmətlərə görə ödənişlərdən ümumilikdə büdcə gəlirlərinin 27,7 faizi, yəni 2 135 750 manat vəsait daxil olduğu halda bələdiyyələr digər ödənişlər üzrə yığımı təşkil edə bilməmişlər. Belə ki, küçə (divar) reklamının yayımı üçün ödəniş üzrə cəmi 2 bələdiyyə, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş üzrə cəmi 5, nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş üzrə cəmi 6, stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş üzrə yalnız 1 bələdiyyə, ümumilikdə 43607 manat, büdcə gəlirlərinin cəmi 0,5 faizi məbləğində vəsait yığa bilmişlər.

Yuxarıda qeyd etdiyim kimi, ümumilikdə qəsəbə bələdiyyələri üzrə illik büdcə gəlirləri 5,8 faiz artmışdır. Belə artım əsasən Hacıqabul rayonunun Muğan bələdiyyəsində 10 dəfə, Ağstafa rayonunun Vurğun bələdiyyəsində 5 dəfə və Xaçmaz rayonunun Müqtədir bələdiyyəsində 2,4 dəfə, ümumilikdə 81 qəsəbə bələdiyyəsində bu artım baş vermişdir. 15 bələdiyyədə yığım demək olar ki, eyni səviyyədə qalmış, 38 bələdiyyədə yığımın səviyyəsi nisbətən azalmış, 7 bələdiyyədə isə ümumiyyətlə yığım olmamışdır.

Diqqətinizə çatdırım ki, 2017-ci il üzrə büdcə daxilolmalarında ən yüksək göstərici 751052 manat olmaqla Binəqədi rayonunun M.ə.Rəsulzadə bələdiyyəsində və 571721 manat olmaqla Sabunçu rayonunun Bakıxanov bələdiyyəsində qeydə alınmışdır.

Assosiasiyaya üzv bələdiyyələrin büdcə xərclərinin təhlili barədə bəzi statistik rəqəmləri də nəzərinizə çatdırmaq istəyirəm. Ümumiləşdirmələrin nəticəsi göstərir ki, qəsəbə bələdiyyələri 2017-ci ildə büdcə xərclərinin 48,1 faizini yerli özünüidarəetmənin saxlanmasına sərf etmişlər. 2016-cı ildə isə bu rəqəm 60 faizə yaxın olmuşdur. Onu da qeyd edim ki, 52 qəsəbə bələdiyyəsi öz işini 50 faizə qədər göstərici səviyyəsində qura bilmiş, digər bələdiyyələrdə yerli öünüidarəetmənin saxlanılması xərcləri 50 faizdən yuxarı, əsasən dotasiya hesabına budcəsi formalaşan 12 bələdiyyədə isə büdcə vəsaitləri tamamilə əmək haqqına və digər inzibati xərclərə sərf olunmuşdur.

Hesab edirik ki, bu kifayət qədər narahatedici məsələ olduğundan aidiyyatı bələdiyyə sədrləri bu barədə ciddi düşünməli və gələcəkdə müvafiq tədbirlər görməyə səy göstərməlidirlər.

Bununla belə qəsəbə bələdiyyələri ötən dövrə nisbətən büdcə vəsaitlərində 3,6 faiz artıma nail olduğundan hesabat ilində yerli problemlərin həlli ilə bağlı çoxsaylı iqtisadi, sosial və digər layihələr həyata keçirə bilmişlər. “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 2017-cı ildə qəsəbə bələdiyyələri tərəfindən 19 istiqamətdə, 610 layihə üzrə, 3.644.060 manatlıq müxtəlif xarakterli sosial layihələr icra olunmuşdur ki, bu da büdcə xərclərinin 51,9 faizini təşkil edir. (Cədvəl 6) Həyata keçirilmiş layihələr sırasında 125 layihə üzrə 1.210.250 manat abadlıq və quruculuq işlərinin görülməsinə, 92 layihə üzrə 738.900 manat bələdiyyə yollarının saxlanmasına, 96 layihə üzrə 260.120 manat yaşıllaşdırma işlərinin yerinə yetirilməsinə, 68 layihə üzrə 742.386 manat məişət tullantılarının daşınmasına, 102 layihə üzrə 234.150 manat sosial yardımların verilməsinə, 15 layihə üzrə 9.540 manat yaşayış binalarının saxlanılmasına, 112 layihə üzrə 448.714 manat yaşıllaşdırma və digər layihələr yerinə yetirilməsinə maliyyə vəsaiti sərf etmişlər.

Cari ildə isə 3.771.520 manat dəyərində 658 layihənin icrası nəzərdə tutulur ki, bu da 2017-ci illə müqayisədə 127.460 manat və ya 8 faiz daha çox layihənin icrası deməkdir. Nəticə etibarı ilə deyə bilərik ki, maliyyə imkanlarının tədricən artırılmasına nail olan qəsəbə bələdiyyələri ərazilərinin sosial-iqtisadi inkişafındakı fəaliyyətlərini də getdikcə genişləndirirlər.

Hesabat ilində Milli Assosiasiyamız beynəlxalq qurumlarla, qeyri hökümət təşkilatları və xarici ölkə bələdiyyələri ilə yerli özünüidarəetmə məsələləri ilə bağlı beynəlxalq əməkdaşlıq çərçivəsində də müəyyən işlər aparmışdır. Onlardan bir neçəsini Sizin diqqətinizə çatdırmaq istəyirəm.

Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresin nümayəndə heyətinin üzvü kimi həmkarlarımla birgə 2017-ci ilin mart ayının 27-dən 31-dək Konqresinin 32-ci plenar sessiyasında, oktyabrın 17-dən 21-nə kimi isə Konqresin Fransanın Strasburq şəhərində keçirilən 33-cü Plenar sessiyasında iştirak etmişik.

Latviya Respublikasının Preyli Diyar Dumasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti 21-25 noyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər zamanı Bakı bələdiyyələri ilə görüşlər keçirilmiş, təcrübə mübadiləsi sahəsində müzakirələr aparılmışdır. Bakı şəhəri, Qaradağ rayonunun Sahil bələdiyyəsi ilə 2012-ci ildə bağlanan əməkdaşlıq barədə müqaviləyə əsasən qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və inkişafı məsələləri müzakirə olunmuşdur.

2017-ci ilin may ayının 5-də Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Belçikanın Eypen şəhərində “Uğurlu ərazi islahatı” adlı konfransda, 2017-ci il noyabr ayının 30-dan 01 dekabr tarixinə kimi Avstriya Respublikasının Vyana şəhərində keçirilən şərq tərəfdaşlığı ölkələrində uyğun partnyorluq, yaxşı idarəetmə üçün tərəfdaşlıq məsələlərinə həsr olunan “Yerli özünüidarəetmənin institusional əsaslarının gücləndirilməsi proqramı” çərçivəsində təşkil olunmuş tədbirdə iştirak etmişəm.AQBMA-nın icra katibliyinin və qəsəbə bələdiyyələrinin əməkdaşlarından ibarət, ölkəmizi təmsil edən nümayəndə heyəti 06 - 07 dekabr 2017-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa ittifaqının “şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin yerli özünüidarəetmə orqanları və bələdiyyələr üçün təşkil etdiyi "Yerli səviyyədə etika və şəffaflıq: strategiya və vasitələr” mövzusunda keçirilmiş regional konfransda iştirak etmişlər.

Beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrimiz, müxtəlif konfrans, seminar və tədbirlərdəki müzakirələrdə iştirakımız bələdiyyə idarəçiliyi sahəsində qabaqcıl ölkələrin təcrübəsini mənimsəməklə bərabər, ölkəmiz baradə maarifləndirici məlumatların digər ölkə nümayəndələrinə çatırılması baxımından da çox əhəmiyyətlidir. Cari ildə də qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsini məqsədəuyğun hesab edirik.

Beləliklə, yekun olaraq bidirmək istəyirəm ki, əldə edilən kiçik uğurlarımızla bərabər hələ kifayət qədər həllini gözləyən problemləri də qeyd etdim.

şübhəsiz ki, verilən bütün təkliflər və tövsiyyələr ümumiləşdirilərək Ümumi Yığıncağımızın qərarında öz əksini tapacaqdır. Qəbul edəcəyimiz qərardan irəli gələn vəzifələri layiqincə yerinə yetirmək üçün gələcəkdə də birgə və səmərəli fəaliyyət göstərməliyik.

Hümbət Hüseynov

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri,

Binəqədi rayonu M.ə.Rəsulzadə Bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR